Əbdürrəhimova Vüsalə Güloğlan qızı
"Humanitar" kafedrasının müdiri
25.08.1972-ci ildə Ağdam rayonunun Əfətli kəndində anadan olmuşdur.
İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarix-dövlət hüququ” ixtisasını bitirmişdir (1996). 2000-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir. 2019-cu ildən “Humanitar fənlər” kafedrasına rəhbərlik edir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əhmədova Ellara İbrahim qızı
26.12.1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.
İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarix əlavə sovet hüququ” ixtisasını fərqlənmə diplomu ilə bitirib (1989) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Vətən tarixi” ixtisasının aspiranturasını bitirmişdir (1992).
İndiki Şabran rayonunun Dağbilici kənd orta məktəbində müəllim işləyib (1989-2000) və 2001-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Moskva şəhərində Azərbaycanı təmsil edərək “Laureat” adını alıb.
Tarix üzrə fəlsəfə doktorudur (2011).
44 elmi və tədris-metodiki işlərin müəllifidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ağayeva Aynur Cəlal qızı
11.05.1989-cu ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuşdur.
İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarix” ixtisasını (2011) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarixin tədrisi metodikası və metodologiyası” ixtisasının magistraturasını bitirmişdir (2023).
Bakı Kompüter Kollecində müəllim işləyib (2014-2016) və 2016-cı ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Abışov Bayram Qurban oğlu
18.02.1969-cu ildə Qubadlı rayonu Məlikəhmədli kəndində anadan olmuşdur.
İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai hərbi və fiziki təlim müəllimliyi” ixtisasını bitirmişdir (1993).
Bakı İnşaat Texnikumunda müəllim işləmişdir (1993-2002).
2002-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim kimi fəaliyyət göstərir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Bağırov Ceyhun Nizami oğlu
27.05.1980-ci ildə Şuşa şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasının "Bədən tərbiyəsi və idman" ixtisasını bitirmişdir (2001).
Bakı Kompüter Kollecində müəllim işləyib (2002-2016) və 2016-cı ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Bəkirov Azər Qoca oğlu
25.10.1964-cü ildə Bakı şəhərində anadan olmuşdur.
Sverdlovsk Ali Hərbi-siyasi "Tank-artileriyası məktəbi"nin “Hərbi-siyasi hissə zabiti” ixtisasını bitirmişdir (1988).
Azərbaycan Respublikası SQ-də zabit (1992-2002), Nərimanov rayon 34 nömrəli tam orta məktəbdə hərbi rəhbər (2002-2012), Bakı Kompüter Kollecində GÇH rəhbəri (2012-2016) işləyib.
2016-cı ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Baxşəliyeva Elnarə Rəşid qızı
19.05.1985-ci ildə Tərtər rayonunun Qapanlı kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Tarix” ixtisasını bitirmişdir (2006).
Bakı Kompüter Kollecində müəllim işləyib (2007-2016) və 2016-cı ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Bədəlova Aynur Cəlilağa qızı
15.02.1990-cı ildə Biləsuvar rayon Bəydili kəndində anadan olmuşdur.
Bakı Dövlət Universitetinin "Tarix" ixtisasını bitirmişdir (2012).
2 nömrəli Bakı Baza Tibb Kollecində kitabxanaçı (2014-2017), indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində mütəxəssis işləyib (2020-2021) və 2021-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Əfəndiyeva Şölə Saleh qızı
22.06.1966-cı ildə Salyan şəhərində anadan olmuşdur.
İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarix əlavə sovet hüququ” ixtisasını bitirmişdir (1989).
Salyan rayon 7 nömrəli tam orta məktəbdə müəllim (1989-1990), Bakı şəhər Şirvanşahlar sarayında bələdçi (1991-1997), Bakı Kommersiya Texnikumunda laborant, müəllim (1997-2002) işləyib.
2002-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əbdüləzimova Gülnarə İbrahim qızı
02.07.1987-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Bakı Dövlət Universitetinin “Tarix” ixtisasını (2009) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai sinifdə tədrisin metodikası və metodologiyası” ixtisasının magistraturasını bitirmişdir (2016).
2013-cü ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əfəndiyeva Ramilə Haqqı qızı
18.03.1979-cu ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olmuşdur.
Gəncə Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasını bitirib (2001) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Folklorşünaslıq və mifologiya" ixtisasının magistraturasını bitirmişdir (2003).
Bakı Kompüter Kollecində müəllim (2002-2016), ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində mütəxəssis (2016-2021) işləyib və 2021-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Fərəcova Fəqumə Vidadi qızı
15.09.1983-cü ildə Şirvan şəhərində anadan olmuşdur.
Bakı Dövlət Universitetinin “Tarix” ixtisasını bitirmiş (2004) və həmin universitetdə Tarix ixtisasının Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi üzrə Fərqlənmə diplomu almışdır (2024).
Yasamal rayon 286 nömrəli tam orta məktəbdə laborant işləyib (2007-2012) və
2012-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Hüseynova İlahə Füzuli qızı
11.10.1986-cı ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Beynəlxalq Universitetinin “Tarix və ictimaiyyət” ixtisasını bitirmişdir (2007).
Laçın rayon 13 nömrəli tam orta məktəbdə müəllim işləyib (2007-2011) və 2011-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
İsmayılova Rəna İsmayıl qızı
13.03.1972-ci ildə Goranboy şəhərində anadan olmuşdur.
İndiki Bakı Slavyan Universitetinin “Rus dili və ədəbiyyatı” ixtisasını bitirib (1996) və
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “Tarix” ixtisası üzrə yenidənhazırlanma təhsili almışdır (2005).
2012-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Kazımova Elnarə Eldar qızı
16.03.1991-ci ildə Bakı şəhəri Zirə qəsəbəsində anadan olmuşdur.
Bakı Kompüter Kollecinin “İnformatika müəllimi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir (2009).
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasını (2016) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq” ixtisasının magistraturasını bitirmişdir (2018).
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində bələdçi işləyib (2018) və 2018-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
2020-ci ildən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Məmmədova Pərvin Ramiz qızı
12.01.1986-cı ildə Biləsuvar şəhərində anadan olmuşdur.
Lənkəran Dövlət Universitetinin "Tarix-ictimaiyyət" ixtisasını (2006) və Lənkəran Dövlət Universitetinin "Azərbaycanın qədim və orta əsrlər tarixi” ixtisasının magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir (2008).
2012-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Məmmədli Əhməd Səbuhi oğlu
15.01.1994-cü ildə Xaçmaz şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idman” ixtisasını bitirmişdir (2016).
2024-cü ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim kimi fəaliyyət göstərir.
Yaqubəli Rəhimə Elşad qızı
23.03.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasını (2013) və Azərbaycan Turizm və Menecment Universitetinin “Muzeyşünaslıq” ixtisasının magistraturasını bitirmişdir (2015).
Ü. Hacıbəylinin Ev Muzeyində zal nəzarətçisi (2016), C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində muzeyin elmi işçisi, zal nəzarətçisi işləyib (2018) və 2018-ci ildən indiki ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
2020-ci ildən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.