Soltanova Səadət Sədi qızı
"Sənaye və Texnologiya" kafedrasının müdiri
02.09.1964-cü ildə Ucar rayonunun Lək kəndində anadan olmuşdur.
Ucar Texniki Peşə Məktəbinin “Texnoloq” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir (1981).
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İstilik elektrik stansiyaları” ixtisasını bitirmişdir (1990).
İEM-1-də mühəndis (1990-2000), Dövlət Əmlak Komitəsində mütəxəssis işləyib (2011-2014).
2014-cü ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir və 2026-cı ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində "Sənaye və Texnologiya" kafedrasına rəhbərlik edir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Bağırova Nazirə Əhməd qızı
01.12.1963-cü ildə Naxçıvan M.R-da anadan olmuşdur.
Azərbaycan Texnologiya İnstitutunun “Mühəndis-texnoloq (mexanik)” ixtisasını bitirmişdir (1986).
Ordubad Baramaarcan fabrikində usta (1986-1987), Naxçıvan Xalça Kombinatında usta, mühəndis (1987-2003), ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyib, “Kreativ texnologiyalar” kafedrasına rəhbərlik edib (2007-2022).
2007-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Babanlı Röya Salman qızı
13.03.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Texniki Universitetinin “Metallurgiya mühəndisliyi” ixtisasını bitirmişdir (2013).
Azərbaycan Texniki Universitetinin “Əlvan və nadir metalların metallurgiyası” ixtisasının magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir (2015).
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində laboratoriya müdiri işlıyib (2016-2017) və 2018-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində tyutor işləyir.
2026-cı ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Cəfərli Samirə Cəfər qızı
18.08.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dizayn” ixtisasını (2014-2018) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dizayn” ixtisasının magistraturasını bitirmişdir (2018-2020).
2018-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Əliyeva Kamalə Teymur qızı
05.03.1969-cu ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Sumqayıt filialının “Mühəndis-mexanik” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir (1991).
ADNSU-nun Sumqayıt filialında laborant (1991-1993), Sumqayıt Üst Trikotaj Fabrikində aparıcı mühəndis (1993-2000), “Müqəddəs nemət” kiçik müəssisəsində mühəndis-mexanik (2000-2007) işləyib.
2007-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Metodik vəsait müəllifidir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Həsənova Vüsalə Akif qızı
15.08.1971-ci ildə Naxçıvan MR-nın Ordubad rayonunun Vənənd kəndində anadan olmuşdur.
Naxçıvan Dövlət Universitetinin “Ümumi texniki fənlər və əmək” ixtisasını bitirmişdir (1993).
Ordubad rayonunun Vənənd kənd orta məktəbində müəllim (1990-2006), Nizami rayon 214 nömrəli tam orta məktəbdə laborant, müəllim (2007-2013) işləyib.
2013-cü ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
İbrahimova Leyla Zakir qızı
03.12.1987-ci ildə Rusiya Federasiyasının Leninqrad şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dekorativ tətbiqi incəsənət və xalq sənəti (dekorativ-tətbiqi sənət üzrə rəssam)” ixtisasını (2009) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Keramika-metal” ixtisasının magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir (2011).
2011-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Məmmədova Günay Əfqan qızı
04.03.1996-cı ildə Göyçay şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Çoxişlənən malların texnologiyası mühəndisliyi" ixtisasını (2017) və Azərbaycan Dövlət İqtisad Universitetinin "Tikiş məmulatlarının texnologiyası" ixtisasının magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir (2019).
2022-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Mirhəsənli Sevinc Mirelşən qızı
09.04.1991-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisasını (2014) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Nəşriyyat işi və redaktəetmə” ixtisasının magistraturasını bitirmişdir (2017).
“Parabank” ASC-də satış mütəxəssisi işləyib (2013-2014) və 2019-cu ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Məmmədova Günay İlqar qızı
02.06.1980-ci ildə Şabran rayonunun Aygünlü kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Peşə təlimi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir (2003).
Şabran rayon 2 nömrəli tam orta məktəbdə Uşaq Birliyinin rəhbəri işləyib (1999-2002) və 2019-cu ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Nuruyeva İlahə Ramiz qızı
17.12.1980-ci ildə Ağdam rayonunda anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin Çoxişlənən malların texnologiyası və Toxuculuq və yüngül sənaye mallarının bədii layihələndirilməsi (dizayn) ixtisasını bitirmişdir (2001).
2011-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Rəcəbli Ülviyyə Səyyaf qızı
23.09.1974-cü ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin "Toxuculuq və yüngül sənaye mallarının bədii layihələndirilməsi" ixtisasını (2000) və Azərbaycan Dövlət İqtisad Universitetinin "Dizayn" ixtisasının magistraturasını bitirmişdir (2018).
2019-cu ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Sərxanlı Gülnar Müşfiq qızı
06.10.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dizayn” ixtisasını bitirmişdir (2017).
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində laborant işləyib (2018-2020) və 2020-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində müəllim işləyir.