Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Kollecimizin müəllimləri beynəlxalq sertifikata layiq görülüblər

Sənaye və Texnologiya Kollecinin biologiya müəllimi Yaqut Mamedova və tarix müəllimi Gülnarə Əbdülləzimova 11-12 iyul tarixlərində keçirilən "Müəllimlər üçün Peşəkar İnkişaf Təlimi"ndə uğurla iştirak ediblər.

​Dr. Aydın Əliyevin rəhbərliyi ilə keçirilən təlimdə müasir sinif mühitində emosional zəkanın rolu, müəllim-şagird münasibətləri və effektiv tədris yanaşmaları kimi mühüm mövzular ətraflı şəkildə tədris olunub.

​Praktiki və effektiv keçən təlim müddətində aktivliyi ilə seçilən müəllimlərimiz Böyük Britaniyanın beynəlxalq sertifikatı ilə təltif olunublar.

​Müəllimlərimizi bu uğurları münasibətilə ürəkdən təbrik edir, onlara gələcək pedaqoji fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayırıq!