Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

İyulun10-da Sənaye və Texnologiya Kollecinin Pedaqoji Şurasının növbəti iclası keçirildi

Öncə kollecin  direktoru, professor  Nasim Abışov gündəlikdə  duran məsələləri müəllimlərə elan etdi. Sonra 2025-2026-cı tədris ili üçün struktur bölmə rəhbərlərinin hesabatları  dinlənildi, tərbiyə işləri üzrə direktor müavini Asəf  Məmmədov, Dizayn və  Tikiş   emalatxanasının müdiri Nərmin  Kərimovanın   çıxışları eşidildi.  Daha sonra “Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin rəhbəri Günel Dadaşova rəhbərlik etdiyi bölmənin cari tədris ili və 2025-2026-cı illərin yaz imtahan sessiyasının yekunlarına dair geniş hesabatını təqdim etdi.  

Bildirdi ki, kollecdə 72 qrup əhatə edən yaz imtahan sessiyası çərçivəsində ümumilikdə 367 imtahan uğurla təşkil olunmuşdur. Rəqəmsal imtahanların sayı payız sessiyası ilə müqayisədə 40-dən 144-ə çatdırılmış, 336 BSQ imtahanı isə tam rəqəmsal formata keçirilmişdir.  Köməkçi vasitələrdən istifadə edən 94 tələbə isə imtahandan kənarlaşdırılmışdır. Baş mühasib Elçin Ağayev “2025-2026-cı tədris ilinin büdcə və büdcədənkənar vəsaitlərin daxilolma və xərclənmə vəziyyəti” mövzularında çıxış etdi. Direktor N. Abışov Pedaqoji Şura iclasında  2026-2027-cı tədris ilininə hazırlıqla əlaqədar qarşıda duran vəzifələr haqqında  ətraflı danışdı və cari məsələlər: dərs saatları, dərs cədvəlləri, tələbələrə adlı təqaüdlərin  verilməsi, kollecdə ştat   dəyişikliyi və digər aktual  məsələlər haqqında  məlumat verdi. Sonda kollecin metodisti, yerli  həmkarlar təşkilatının  sədri Xəlil  Bağırov və müəllim Günel Qurbanova   öz ürək sözlərini  bildirdilər.