Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Növbəti direktoryanı müşavirə keçirildi

08.07.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində kollecin direktoru, professor Nasim Abışovun rəhbərliyi ilə direktoryanı müşavirə keçirildi. Müşavirədə direktor müavinləri, tədris hissə müdiri, qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin rəhbəri, şöbə müdirləri, fənn birləşmə komissiyalarının sədrləri,  baş mühasib, metodistlər, həmçinin emalatxana və laboratoriya müdirləri iştirak etdilər. Müşavirədə  dərs dinləməyə aid metodistlərin hesabatı, tələbələrə  veriləcək adlı  təqaüdlərin verilməsi, növbəti tədris ili üçün strateji  planların  hazırlanması, dərs bölgüsü , dərs cədvəlinin  tərtibi  və digər aktual məsələlər istiqamətində müzakirələr aparıldı. Müzakirələr zamanı iştirakçılar çıxış edərək müvafiq məsələlərə dair təklif və mülahizələrini irəli sürdülər. Sonda kollecin direktoru tərəfindən müzakirə prosesində irəli sürülən suallar qüvvədə olan normativ-hüquqi çərçivəyə uyğun şəkildə cavablandırıldı.