Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Sənaye və Texnologiya Kollecinin Dillər fənn birləşməsi kafedrasının Azərbaycan dili və ədəbiyyatı müəllimi Pərvanə Məmmədova “Müasir Təhsildə Psixoloji Çağırışlar və Yeni Tədqiqatlar” mövzusunda keçirilən elmi seminarda iştirak edib

Seminar Psixologiya Elmi-Tədqiqat İnstitutunun Akt zalında təşkil olunub. Tədbir çərçivəsində müasir təhsil sistemində psixoloji çağırışlar, təhsil prosesində psixoloji rifahın təmin edilməsi, yeni elmi tədqiqat istiqamətləri və innovativ yanaşmalarla bağlı aktual mövzular müzakirə edilib. İştirakçılar sahə üzrə mütəxəssislərin təqdimatlarını dinləyərək fikir mübadiləsi aparıb, müasir təhsil mühitində psixologiyanın rolu ilə bağlı dəyərli məlumatlar əldə ediblər.Elmi seminar müəllimlərin peşəkar inkişafına, elmi biliklərinin zənginləşdirilməsinə, yeni yanaşmaların öyrənilməsinə və təcrübə mübadiləsinin aparılmasına mühüm töhfə verib. Yüksək təşkilatçılıq səviyyəsi ilə seçilən tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və təhsil ictimaiyyəti üçün faydalı elmi platforma kimi qiymətləndirilib.