Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Sənaye və Texnologiya Kollecinin rəhbərliyindən Milla Şirkətinə təşəkkür edildi

Milla Şirkəti tərəfindən kollecimizin tələbələri üçün təşkil olunan istehsalat təcrübəsi proqramı gənclərimizin nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə, peşə bacarıqlarını inkişaf etdirmələrinə və əmək bazarına daha hazırlıqlı şəkildə çıxmalarına mühüm töhfə vermişdir. Təcrübə proqramının sonunda iştirakçıların sertifikatla təltif olunması onların əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir. Xüsusi məmnunluq hissi ilə qeyd edirik ki, təcrübə proqramında fərqlənən 3 tələbəmiz Milla Şirkəti tərəfindən seçilərək işlə təmin olunmuş, onlar üçün 600 manat məbləğində əmək haqqı müəyyən edilmiş və gələcəkdə bu əmək haqqının artırılması nəzərdə tutulmuşdur. Bu yanaşma gənclərə göstərilən etimadın, onların potensialına verilən dəyərin və sosial məsuliyyətin parlaq göstəricisidir. Bu uğurlu əməkdaşlığın həyata keçirilməsində göstərdikləri dəstəyə görə Milla Şirkətinin rəhbərliyinə,  o çümlədən Emin Camaloğluya, Elmar Kərimova, Yelena Yusifzadəyə, eləcə də tələbələrimizin təcrübə prosesinin təşkilində və koordinasiyasında böyük zəhməti olan kollecin müəllimi, təcrübə rəhbəri Səadət Soltanovaya dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki,  Sənaye və Texnologiya Kolleci ilə Milla Şirkəti arasında formalaşmış bu uğurlu əməkdaşlıq gələcəkdə daha da genişlənəcək, yeni layihələrə və gənclərimizin peşəkar inkişafına xidmət edən təşəbbüslərə öz töhfəsini verəcəkdir.