Kollecin qrup müəllimləri Rəhimə Rəhimova və Elnarə Kazımova bildirirlər ki, “Kargüzarlıq və arxiv işi” ixtisası üzrə təhsil alan KG103 və KG204 qrup tələbələri istehsalat təcrübəsini uğurla başa vuraraq yekun hesabatlarını təqdim etmiş və son müdafiələrini həyata keçirmişlər.
Yekun müdafiə zamanı tələbələr arxivdə gördükləri işləri təqdim etmiş, sənədlərlə işləmə prosesinin ardıcıllığını və arxiv idarəetmə bacarıqlarını nümayiş etdirmişlər.Sonda təqdim olunan işlər onların məsuliyyətini, diqqətliliyini və ixtisaslarına olan marağını bir daha göstərmişdir.


