Tədris ili müddətində kollecdə çox böyük işlər görülmüşdür. Ən mühüm yeniliklərdən biri arxivin yenidən kompüterləşməsidir. Uzun müddətdir ki, tələbələrin, müəllimlərin, işçi heyətinin sənədləri kollecin arxivində qorunub saxlanılır. Arxiv işinin təşkili bilavasitə rəhbərliyin nəzarəti ilə arxivin müdiri və onun işçiləri tərəfindən aparılır. Çünki arxiv bizim tariximiz və gələcəyimizdir. Arxivdə görülən işlərdə arxivin müdiri Kəklik İsgəndərovanın və onun işçilərinin əməyi böyükdür. Ona görə də kollecin direktoru, professor Nasim Abışov, tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov və təsərrüfat işləri üzrə direktor müavini Elnarə Qənbərova arxivdə olmuş və yaradılan yeniliklərlə yaxından tanış olmuşlar.
