Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

STK nın " Trikotaj və tikiş məmulatlarının texnologiyası" ixtisası üzrə təhsil alan TM103 və TM204 qrup tələbəlıri istehsalat təcrübəsinin yekun hesabatını və əl işlərini uğurla təqdim etmiş, son müdafiələrini həyata keçirmişlər

İstehsalat təcrübəsi müddətində tələbələr əldə etdikləri nəzəri bilikləri praktik fəaliyyətlə birləşdirərək müxtəlif tikiş məmulatlarının hazırlanması, texnoloji proseslərin düzgün tətbiqi və peşə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə etmişlər.

Yekun müdafiə zamanı tələbələr öz əl işlərini təqdim etmiş, hazırladıqları nümunələr üzrə texnoloji ardıcıllığı və peşə bacarıqlarını nümayiş etdirmişlər. Təqdim olunan işlər tələbələrin məsuliyyətini, yaradıcılığını və ixtisaslarına olan maraqlarını bir daha ortaya qoymuşdur.

Tələbələrimizi əldə etdikləri uğurlu nəticələr münasibətilə təbrik edir, gələcək peşə fəaliyyətlərində onlara yeni nailiyyətlər arzulayırıq.