ADA Universitetində keçirilən 9-cu Beynəlxalq təhsil konfransı çərçivəsində təşkil olunan paralel sessiyalarda ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin şöbə müdiri Kəmalə Əliyevanın “Orta ixtisas təhsilində səriştə əsaslı tədrisin tətbiqi” mövzusunda tədqiqat işinin təqdimatı olmuşdur. Təqdimat zamanı qeyd olunmuşdur ki, həm kəmiyyət , həm də keyfiyyət metodlarından istifadə edilərək aparılan araşdırma orta ixtisas təhsili pilləsində kompetensiyaya əsaslanan tədrisin real və effektiv tətbiq imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bu prosesin həyata keçirilməsi zamanı qarşıya çıxan çətinliklərin və maneələrin aşkara çıxarılması tədqiqatın əsas nəticələrindən biri kimi vurğulanmışdır.

