Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

İyunun 29-30 tarixlərdə ADA Universitetində IX Beynəlxalq Təhsil Konfransı kecirilmişdir

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin şöbə müdirləri: Kəmalə Əliyeva, Pərvin Məmmədova, Aynur Ağayeva, FBK-nın sədri  Vüsalə Əbdürrəhimova, müəllimlərdən: Elnarə Kazımova ,  Fəqumə Fərəcova ,  Aynur Bədəlova,  Gülnarə Əbdüləzimova, Aynur Ağayeva, Yaqut Mamedova müasir təhsil, elmi tədqiqat, akademik inkişaf və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində təşkil olunmuş plenar iclas və seminarlarda iştirak etmişlər. Konfransda Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayev və ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək müasir təhsil siyasətinin prioritet istiqamətləri, elmi tədqiqatların ali təhsil müəssisələrinin institusional inkişafındakı rolu, innovativ tədris mühitinin formalaşdırılması və pedaqoji kadrların peşəkar potensialının gücləndirilməsi ilə bağlı strateji hədəfləri konfrans iştirakçılarının diqqətinə çatdırmışlar.