Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Uğurunuz dəyərləndiriləcək!

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci yüksək nəticə göstərən tələbələrin dəstəklənməsi məqsədilə yeni məqsədli təqaüdlər təsis edir!

"Heydər Əliyev Təqaüdü" – təhsil müddətində ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) malik tələbəyə aylıq 200 manat məbləğində məqsədli təqaüd

DİM qəbul imtahanında Kollecə qəbul olunanlar arasında ən yüksək bal toplayan tələbəyə aylıq 150 manat məbləğində məqsədlii təqaüd.

"Lütfi Zadə Təqaüdü" – kompüter yönümlü ixtisas üzrə təhsil alan və ən yüksək ÜOMG-yə malik tələbəyə aylıq 150 manat məbləğində məqsədli təqaüd

Bilik və əzminiz burada qiymətləndirilir, uğurunuz isə mükafatlandırılır.

Gələcəyinizi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci ilə qurun, yüksək nəticələrinizlə fərqlənin və məqsədli təqaüdlərə layiq olun!

Sənin uğurun – bizim qürurumuz!

www.stk.edu.az

#EATDA

#STK

https://www.facebook.com/ADNSUstk.Official