Xəbərlər
Yeni Azərbaycan Partiyasının 1994-cü ildən üzvü olan “Təbriz küçəsi 51” ünvanı üzrə Ərazi Partiya Təşkilatında (ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kolleci) metodist vəzifəsində çalışan Bağırov Xəlil Fəmil oğlu 65 illik yubileyi münasibəti ilə YAP Nərimanov rayon təşkilatının kollektivi tərəfindən ziyarət edilib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov uzun illər təhsil sahəsində çalışan Xəlil Bağırovu 65 illik yubileyi münasibətilə təbrik edib. A. Abbasov bildirib ki, Xəlil müəllim hər zaman doğma partiyamıza sədaqətlə xidmət edib, bu dövr ərzində ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak edib. Qeyd olunub ki, onun kimi veteran üzvlərin Cənubi Qafqazın lider partiyası olan Yeni Azərbaycan Partiyasına olan sədaqəti hər kəs üçün nümunədir.
YAP Nərimanov rayon təşkilatının ictimai-siyasi həyatında göstərdiyi xidmətlərə görə Xəlil Bağırova yubileyi münasibətilə təşkilat adından təltif və hədiyyə təqdim olunub.
Göstərilən diqqətə və qayğıya görə partiyanın veteran üzvü Xəlil Bağırov Yeni Azərbaycan Partiyasına və Nərimanov rayon təşkilatına öz dərin minnətdarlığını bildirib və qeyd edib ki, bundan sonra da doğma partiyaya ləyaqətlə xidmət etməyə davam edəcəkdir.
