Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Sənaye və Texnologiya Kollecində yaz imtahan sessiyası uğurla yekunlaşıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdindəki Sənaye və Texnologiya Kollecində 2025-2026-cı tədris ilinin yaz imtahan sessiyası başa çatıb.

Kollecin Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Günel Dadaşovanın verdiyi məlumata əsasən, 1-25 iyun tarixlərini əhatə edən imtahan sessiyası yüksək təşkilatçılıq səviyyəsində və tam şəffaflıq şəraitində yekunlaşıb. Günel Dadaşova qeyd edib ki, sessiya dövründə tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi üçün bütün lazımi texniki və pedaqoji şərait yaradılmışdır.

Məlumatda bildirilir ki, sessiya müddətində ümumilikdə 367 imtahan keçirilmişdir. İmtahanların strukturu aşağıdakı kimi təsnif olunub:

206 – yazılı imtahan;

144 – rəqəmsal (elektron) imtahan;

12 – rəsm və dizayn imtahanı;

1 – buraxılış işi.

İmtahan prosesi 72 qrupu əhatə etmişdir ki, onlardan 24-ü ümumtəhsil, 48-i isə kredit qruplarıdır.

Cari sessiyanın ən mühüm yeniliklərindən biri Böyük Summativ Qiymətləndirmələrin (BSQ) ilk dəfə olaraq tam rəqəmsal formada həyata keçirilməsidir. Bölmə müdiri vurğulayıb ki, bu innovativ yanaşma imtahanların nəticələrinin daha operativ və obyektiv emal olunmasına, habelə qiymətləndirmədə şəffaflığın maksimum səviyyəyə çatdırılmasına şərait yaratmışdır.

İmtahan sessiyası müddətində heç bir neqativ hala yol verilməmiş, tələbələrin bilik səviyyəsi müəyyən olunmuş təlimat və akademik standartlara uyğun şəkildə yoxlanılmışdır.

Sənaye və Texnologiya Kollecinin rəhbərliyi imtahan prosesinin uğurla icrasında əməyi olan hər kəsə, eləcə də intizamlı iştiraklarına görə tələbələrimizə təşəkkürünü bildirir.