Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin müəllimi Əbdüləzimova Gülnarə İbrahim qızının “Azərbaycan tarixinin tədrisində rəqəmsal texnologiyaların rolu” adlı məqaləsi “2026: Birlik Kodu. Tarixi əsaslar və psixoloji mexanizmlər” adlı beynəlxalq elmi-praktik konfransın materiallar toplusunda dərc edilmişdir.
Konfrans 26 mart 2026-cı il tarixində Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində keçirilmişdir. Müəllimimiz konfransda uğurla iştirak etdiyinə görə sertifikatla təltif olunmuşdur.
