Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Təlimin sonunda hər üç müəllimə sertifikat təqdim olunmuşdur

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin müəllimlərindən: Gülxar Məhərrəmova, Təranə Nəbiyeva və Səriyyə Nəzərova Azərbaycan Dövlət Pedaqoji Universitetində Təlim-Tədris Mərkəzi tərəfindən təşkil olunan “Coursera-da kurs müəllifi olmaq: proses və imkanlar” adlı infosessiyada iştirak ediblər. İnfosessiyanın məqsədi müəllimləri “Coursera” platformasında kurs müəllifi olmaq üçün tələb olunan mərhələlər, kursların hazırlanması, beynəlxalq auditoriyaya təqdim edilməsi, rəqəmsal təhsil imkanları və müasir onlayn tədris metodları barədə məlumatlandırmaq olub. Tədbir çərçivəsində iştirakçılara kurs məzmununun hazırlanması, müəlliflik hüquqları, keyfiyyət standartları və beynəlxalq platformalarda müəllim kimi fəaliyyət göstərmək üçün mövcud imkanlar haqqında ətraflı məlumat verilib. İnfosessiyada əldə olunan bilik və təcrübə müəllimlərin peşəkar inkişafına, rəqəmsal bacarıqlarının artırılmasına və tədris prosesində innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verəcək. Təlimin sonunda hər üç müəllimə sertifikat təqdim olunmuşdur.