Sənaye və Texnologiya Kollecinin iki müəllimi: Dillər fənn birləşməsi kafedrasının Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvanə Məmmədova və Təbiət fənləri birləşməsi kafedrasının müəllimi Yaqut Mamedova “İnsan İnkişafından Sahibkarlığa: Müəllimin Yeni Missiyası” mövzusunda keçirilən forumda iştirak ediblər.Tədbir çərçivəsində müəllimin müasir cəmiyyətdəki rolu, insan kapitalının inkişafında təhsilin əhəmiyyəti, innovativ tədris yanaşmaları və sahibkarlıq bacarıqlarının formalaşdırılması istiqamətində aktual mövzular müzakirə olunub. Forum iştirakçılar üçün təcrübə mübadiləsi, yeni biliklərin əldə olunması və peşəkar əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Yüksək təşkilatçılıq səviyyəsi ilə seçilən forum, həmçinin iştirakçılar tərəfindən maraqla qarşılanıb və təhsil içtimaiyyəti üçün faydalı platforma kimi dəyərləndirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.






