
Sənaye və Texnologiya Kollecinin müəllimi Gülnara İbrahim qızı Əbdüləzimovanın “Azərbaycanda təhsildə rəqəmsal transformasiyanın təsiri: imkanlar və çağırışlar” adlı elmi məqaləsi Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Elmi əsərlər” jurnalının 2026-cı il, 3-cü nömrəsində dərc olunmuşdur. Məqalədə ölkəmizdə təhsil sistemində rəqəmsal transformasiya prosesinin təhsilin keyfiyyətinə təsiri, təhsilə çıxış imkanlarının genişləndirilməsi, təlimin fərdiləşdirilməsi, eləcə də bu sahədə mövcud olan çağırışlar və onların həlli yolları elmi yanaşma əsasında təhlil edilmişdir.
