Xəbərlər
Kollecimizin Tikiş və Dizayn ixtisası üzrə təhsil alan tələbələri ixtisas müəllimi İlahə Nuriyevanın təşkilatçılığı ilə tanınmış modelyer-dizayner Leyla Əhmədovanın akademiyasında yüksək təcrübə qazanaraq öz biliklərini daha da təkmilləşdirirlər. Tədris müddətində tələbələrimiz tikişin bütün incəliklərini, naxış işləmələrini və müasir dizayn detallarını peşəkar səviyyədə mənimsəyirlər. Akademiyada yaradılan yüksək şərait sayəsində gənc dizaynerlərimiz nəzəri biliklərini birbaşa praktika ilə birləşdirərək gələcək karyeralarına mühüm bir addım atırlar. Hazırda dərslər böyük həvəs və yüksək keyfiyyətlə davam edir.










