Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Müasir müstəqil Azərbaycan Respublikasında ilk dəfə 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə məhz həmin tarixi gün – iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Bu münasibətlə Sənaye və Texnologiya Kollecində   tədbir keçirildi. Tədbirdə kollecin rəhbərliyi, şöbə müdirləri, fənn birləşmə sədrləri, metodkabinənin əməkdaşları və digər işçilər iştirak etdilər.  Öncə kollecin müəllimi, fənn birləşmə sədri Vüsalə Əbdürrəhimova  “Azərbaycanda İnsan  Hüquqları” mövzusunda  çıxış etdi. Bildirdi ki,   bütün insanlar eyni hüquq  və azadlıqlara malikdirlər, bu insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən milli Konstitusiyamızın başlıca qayəsini təşkil edir. İlk Konstitusiyamız  ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulmuş, Azərbaycan Respublikası insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulmuş  və ölkəmizdə dövlət tərəfindən insan hüquqlarının qorunması istiqamətində  xeyli işlər görülmüşdür.  

Sonda tədbir iştirakçılarının  mövzu ilə əlaqədar  fikirləri eşidildi və  verilən suallar məruzəçi tərəfindən  cavablandırıldı.