Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kolleci əlavə təhsil elan edir!

Gələcəyinizi müasir əmək bazarının ən tələb olunan ixtisasları ilə qurun! Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kolleci yeni tədris ili üçün aşağıdakı ixtisaslar üzrə əlavə təhsil (təkrar orta ixtisas təhsili) qəbulu elan edir.

  • Dekorativ-tətbiqi sənət (zərgərlik)
  • Dizayn (qrafik dizayn)
  • Bələdiyyə işi
  • Marketinq
  • Mühasibat uçotu
  • Avtomatlaşdırılmış idarəetmə sistemlərinin istismarı
  • Ətraf mühitin mühafizəsi və bərpası
  • İnformasiyanın işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri
  • İstehlak mallarının ekspertizası
  • Kompüter sistemləri və kompleksləri
  • Kompüter sistemlərində proqram təminatı
  • Kompüter sistemlərinin təmiri və servisi
  • Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı
  • Kompüter şəbəkəsi avadanlıqlarının təmiri və servisi
  • Poliqrafiya istehsalatının texnologiyası
  • Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı
  • Telekommunikasiya və kompüter sistemlərinin informasiya təhlükəsizliyi
  • Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası
  • Turizm işinin təşkili

​Tələbələr üçün təqaüd imkanlari!

​Təhsil aldığınız müddətdə uğurlarınızı dəstəkləyirik! Kollecimizdə təhsil alan tələbələr üçün oxuduqları müddətdə müxtəlif məqsədli təqaüdlərin təyin olunması nəzərdə tutulur.

 Niyə biz?

​ADNSU keyfiyyəti və zəngin təhsil ənənəsi.

​Tam müasir laboratoriyalar və praktiki dərslər.

​Yüksək ixtisaslı müəllim heyəti.

​Yeni karyera qurmaq və ya mövcud ixtisasını dəyişmək istəyənlər üçün ideal fürsət.

​Qəbul üçün tələb olunan sənədlər və son müraciət tarixi barədə ətraflı məlumat almaq üçün qeyd olunan əlaqə nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Gecikmədən müraciət edin, peşəkar gələcəyinizə bizimlə addımlayın!