Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsindən mühüm məlumat: İmtahan sessiyası uğurla davam edir

Kollecimizdə tədrisin keyfiyyətinə nəzarət və tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi məqsədilə yay imtahan sessiyası intensiv şəkildə davam edir. Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin rəhbəri Günel Dadaşovanın verdiyi məlumata görə, imtahan prosesində rəqəmsal innovasiyaların tətbiqi uğurla genişləndirilir.

​Yaz sessiyasının ilk mühüm mərhələsi olan Böyük Summativ Qiymətləndirmə (BSQ) imtahanları 1–5 iyun tarixləri arasında tam rəqəmsal formatda təşkil olunaraq uğurla başa çatmışdır. Müasir texnoloji infrastruktur üzərindən keçirilən bu imtahanlar prosesin şəffaflığını və operativliyini tam təmin etmişdir.

​Növbəti mərhələ olaraq 8 iyundan etibarən rəqəmsal imtahanlara start verilmişdir və hazırda bu imtahanlar müvəffəqiyyətlə davam edir. Eyni zamanda, tələbələrin yazılı ifadə və analitik bacarıqlarını yoxlayan yazılı imtahanlar da paralel olaraq qrafikə uyğun şəkildə keçirilməkdədir.

​Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsi imtahanların gedişatını və gənclərin bilik göstəricilərini mütəmadi olaraq diqqət mərkəzində saxlayır, tələbələrimizin rəqəmsal imtahan platformalarından rahat istifadəsini təmin edir.

​Sessiyanın mütəşəkkil təşkilində dəstəyi olan bütün akademik heyətə təşəkkür edir, tələbələrimizə rəqəmsal və yazılı imtahanlarda yüksək nailiyyətlər arzulayırıq!