Kollecin Dillər fənn birləşməsinin sədri Gülnar Rzayeva və Azərbaycan dili və ədəbiyyatı müəllimi Səbinə Tağıyeva Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən “AZƏRBAYCAN DİLÇİLİYİ XXI YÜZİLLİKDƏ: REALLIQLAR, PERSPEKTİVLƏR” adlı II Respublika Elmi Konfransında iştirak etmişlər. Konfransda Gülnar Rzayeva “Vahid Əziz poeziyasının üslubi xüsusiyyətləri (sinonim, antonim, omonimlər əsasında)”, Səbinə Tağıyeva isə “I Türkoloji Qurultayda latın qrafikasına keçid türk xalqlarının yaxınlaşması strategiyası kimi” adlı məqalələri ilə çıxış etmişlər. Tədbir elmi fikir mübadiləsi və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olmuşdur.

