
2.6.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində növbəti ümumi iclas keçirildi. İclasda kollecin rəhbərliyi, şöbə müdirləri, fənn birləşmə sədrləri, metodkabinə işçiləri və müəllimlər iştirak etdilər. Öncə kollecin direktoru, professor Nasim Abışov iclasda gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Sonra aşagıdakı məsələlər: tələbə təqaüdlərinin təsis edilməsi, il ərzində yüksək nəticə göstərən, dərs-dərslik müəllifi olan, beynəlxalq elmi jurnallarda məqaləsi çap olunan, həmçinin yüksək səviyyədə tədbir keçirən, imtahan sessiyasında imtahanların keçirilməsində fəallıq göstərən müəllimlərin mükafatlandırılması və digər məsələlər müzakirə edildi.