Kollecimizdə 2025/2026-cı tədris ilinin yaz semestri üzrə yazılı imtahanlar və Böyük Summativ Qiymətləndirmə (BSQ) mərhələsinə start verilmişdir.
Tələbələrin biliklərinin qiymətləndirilməsi prosesi kollec rəhbərliyinin xüsusi nəzarəti altında, tam şəffaf, obyektiv və qərəzsiz şəkildə təşkil olunub. İmtahanların gedişatında şəffaflığın təmin edilməsi, yarana biləcək hər hansı bir anlaşılmazlığın operativ şəkildə aradan qaldırılması və tələbə hüquqlarının qorunması məqsədilə bütün zəruri texniki və təşkilati tədbirlər görülüb.
İmtahan prosesi zamanı obyektivlik meyarları ciddi şəkildə qorunur və tələbələrin öz biliklərini tam nümayiş etdirmələri üçün hər cür akademik şərait təmin edilir.
Bütün tələbələrimizə bu məsuliyyətli mərhələdə uğurlar arzulayır, yüksək nəticələr əldə etmələrini diləyirik!



