STK-nın tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimovadan aldığımız məlumatına əsasən, 01.06.2026-cı il tarixindən kollecdə 2025-2026-cı tədris ilinin yaz imtahan sessiyası başlayıb. Sessiya 5 həftə müddətində davam edəcək. Tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesində şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi məqsədilə kollecdə İmtahan Qərargahı yaradılıb. Sessiya müddətində I kurslar üzrə ümumilikdə 76 imtahanın keçirilməsi nəzərdə tutulub. Kollec üzrə ümumilikdə 367 imtahan olacaq ki, bu imtahanlardan 144-ü rəqəmsal formatda, 206-sı yazılı formada, 12-si rəsm və dizayn istiqaməti üzrə, 4-ü fərdi qruplar üzrə və 1-i isə dövlət imtahanıdır. İmtahanların şəffaf, obyektiv və mövcud normativ sənədlərin tələblərinə uyğun keçirilməsi üçün bütün zəruri təşkilati tədbirlər görülüb. Həm də tələbələrin müraciətlərinə operativ baxılması məqsədilə kollecdə Apellyasiya Komissiyası da fəaliyyət göstərəcək.
