1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş inklüziv layihə çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında möhtəşəm tədbir keçirilmişdir.
İnklüziv Production Company ilə birgə təşkil olunan tədbirdə Sənaye və Texnologiya Kollecinin Dizayn və Tikiş məmulatlarının texnologiyası ixtisasının tələbələri öz əl işlərini nümayiş etdirmiş, tamaşaçıların böyük marağı və alqışı ilə qarşılanmışlar.
Tədbirin sonunda layihənin rəhbəri İlahə Nuriyeva fəxri diplomla təltif olunmuş, iştirakçılara xatirə medalları təqdim edilmişdir.
Tədbir milli-mənəvi dəyərlərimizin təbliği, inklüziv dəyərlərin təşviqi, xalqımızın zəngin mədəni irsinin gələcək nəsillərə aşılanması və gənclərin yaradıcılıq potensialının nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.












