Xəbərlər
STK-da “İstehlak mallarının marketinqi” fənni üzrə İ104, İ205 qrup tələbələri hazırladıqları sərbəst işləri slayd təqdimatı vasitəsilə kollecin müəllimi Aidə İsmayılovaya təqdim edib, müdafiə etdilər. Mövzular maraqlı və yaradıcı şəkildə izah olundu. Tələbələr müəllimin suallarını cavablandıraraq mövzunu yaxşı mənimsədiklərini göstərdilər. Bir sözlə, sərbəst işlər vasitəsilə tələbələr həm nəzəri biliklərini möhkəmləndirir, həm də gələcək peşə fəaliyyətləri üçün vacib bacarıqlar qazanırlar.




