23.5.2026-cı il tarixində ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən təşkil olunan “Müəllimlər üçün süni intellekt alətlərinin təhsildə tətbiqi və müasir texnologiyaların effektiv istifadəsi” adlı təlim keçirilmişdir.Təlim zamanı iştirakçılar süni intellekt alətlərinin tədris prosesində tətbiqi, rəqəmsal platformalardan səmərəli istifadə və müasir təhsil texnologiyalarının imkanları ilə tanış olmuşlar. Kollecin müəllimləri Yaqut Mamedova və Gülnarə Əbdüləzimova təlimdə fəal iştirak edərək sertifikatla təltif olunmuşlar.






