Azərbaycanda keçirilən Beynəlxalq Qadın Forumunda Sənaye və Texnologiya Kollecinin müəllimi İlaha Nuriyeva iştirak etmişdir. Forum çərçivəsində müxtəlif ölkələrdən olan xanımlarla bir araya gələrək təhsil sahəsində yeniliklər, qadınların cəmiyyətdə rolu, gənclərin inkişafı və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində geniş müzakirələr aparılmışdır.
Azərbaycan qadınının gücü, biliyi və mədəniyyətimizin dəyərləri beynəlxalq platformada yüksək səviyyədə təmsil olunmuşdur. Belə nüfuzlu tədbirdə iştirak etmək həm qürurverici, həm də dəyərli təcrübə olmuşdur.



