25.05.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində BDU-nun fəlsəfə doktoru proqramı üzrə doktorantı, Təlimçi Maya Quliyeva tərəfindən müəllimlər üçün “Tədrisdə süni intellekt alətlərindən effektiv istifadə” mövzusunda təlim keçirildi. Tədbirdə kollecin rəhbərliyi, müəllimlər iştirak etdilər və aktual süni intellekt platformalarının (Gemini, NotebookLM, MagicSchool) praktik istifadəsini təlimçi təqdimatlarla izah etdi. Sonda Maya Quliyeva müəllimləri maraqlandıran sualları da cavablandırdı.





