25.05.2026-cı il tarixində kollecdə keçirilən sərgidə Dizayn (Qrafiq dizayn) və Dekarativ - tətbiqi sənət (Zərgərlik) tələbələrinin hazırladığı müxtəlif rəsm əsərləri, əl işləri nümayiş olundu. Hər bir işdə rənglərin uyğunluğu, işıq-kölgə həlli və kompozisiya xüsusi diqqət çəkirdi. Sərgi həm tələbələrin yaradıcılıq bacarıqlarını göstərmək, həm də sənətə olan marağı artırmaq baxımından çox maraqlı və yaddaqalan oldu. Nümayiş olunan sərgidə kollecin rəhbərliyi və müəllimlər yaxından iştirak edib və tələbələrin əl işlərinə böyük qiymət verdilər.











