Ə104 və P205 qruplarının tələbələri kollecin müəllimi Yaqut Mamedovanın rəhbərliyi ilə Zoologiya Muzeyinə ekskursiya ediblər. Səfər çərçivəsində tələbələr "Onurğalıların Ekologiyası" mövzusunu bilavasitə muzey ekspozisiyası üzərində əyani şəkildə öyrəniblər. Canlı nümunələr, preparatlar və muzey kolleksiyaları vasitəsilə onurğalı heyvanların müxtəlif ekoloji qrupları, yaşayış mühitləri və uyğunlaşma xüsusiyyətləri tələbələr tərəfindən dərindən mənimsənilib. Bu cür əyani dərslər tələbələrin mövzuları daha yaxşı qavramasına, nəzəri materialı praktiki müşahidə ilə möhkəmlənməsinə imkan yaradır.








