
Kollecin Azərbaycan dili və ədəbiyyatı müəllimi Səbinə Tağıyeva Qırğızıstanın Jusup Balasagın adına Qırğız Milli Universiteti tərəfindən keçirilən III Beynəlxalq Türkologiya Konfransında uğurla iştirak edərək Sertifikatla təltif olunmuşdur. "Türkmənistan: Dil, Ədəbiyyat, Tarix və Mədəniyyət" mövzusuna həsr olunmuş bu mötəbər tədbir türk dünyasının elmi-mədəni irsinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etmişdir. Bu cür beynəlxalq platformalarda təmsil olunmaq həm müəllimimizin fərdi uğuru, həm də kollecimizin elmi potensialının göstəricisidir.
