
Tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova bildirib ki, ölkəmizdə keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə əlaqədar kollecdə tədris prosesi distant (onlayn) formatda təşkil edilmişdir. Bu müddət ərzində tədris prosesinin fasiləsiz və səmərəli təşkili əsas prioritetlərdən biri olmuşdur.
Dərslər təsdiq olunmuş cədvələ uyğun şəkildə həyata keçirilmiş, müəllimlərin və tələbələrin dərs prosesində aktiv iştirakı təmin edilmişdir. Eyni zamanda keçirilən dərslər rəhbərlik tərəfindən mütəmadi izlənilmiş, tədrisin keyfiyyətinin qorunması və davamlılığının təmin olunması nəzarətdə saxlanılmışdır.
Kollektiv əməkdaşlıq və məsuliyyətli yanaşma nəticəsində distant tədris prosesi uğurla yekunlaşmışdır.