Kollecin fənn birləşmə sədrləri yekdilliklə bildirirlər ki, WUF 13 dövründə tətbiq olunan distant təhsil modelinin gedişatı kollecin rəhbərliyi tərəfindən ciddi şəkildə izlənilməkdədir. Dərslər təsdiq olunmuş dərs cədvəlinə uyğun olaraq “Microsoft Teams” platforması vasitəsilə təşkil edilmiş və davam edir. Dərs zamanı müəllimlər tərəfindən tələbələrə mövzular üzrə nəzəri və praktik biliklər təqdim edilir, elektron resurslardan, təqdimatlardan və interaktiv tədris üsullarından istifadə olunur. Tələbələrin dərslərdə iştirakı nəzarətdə saxlanılır və davamiyyət mütəmadi olaraq qeydə alınır.




