Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Distant təhsilin monitorinqi: Proses uğurla davam edir

WUF 13 dövründə tətbiq olunan distant təhsil modelinin gedişatı kollecin rəhbərliyi tərəfindən ciddi şəkildə izlənilməkdədir.

​Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Günel Dadaşovadan aldığımız növbəti məlumata görə, məsafədən təşkil edilən dərslərdə həm müəllim, həm də tələbə aktivliyi yüksək səviyyədədir:

​"Artıq prosesin növbəti mərhələsindəyik və deyə bilərəm ki, texniki maneələr minimuma endirilib. Tyutorlar tərəfindən aparılan gündəlik monitorinqlər göstərir ki, tələbələrin dərslərə qoşulma faizi ənənəvi təhsildəki göstəricilərə yaxındır. Monitorinq bölməsi olaraq dərslərin gedişatına daxil olduğumuz zaman tədris materiallarının onlayn platformalara düzgün inteqrasiya edildiyini və interaktivliyin qorunduğunu müşahidə edirik. Xüsusilə davamiyyət qeydiyyatının şəffaf aparılması bizim üçün əsas prioritetdir."

​Monitorinqlərin növbəti nəticələri üzrə:

​Müəllimlər onlayn resurslardan və vizual alətlərdən istifadəni genişləndirmişdir.

​Onlayn dərslərin vaxtında başlaması və bitməsi tyutorlar tərəfindən anlıq nəzarətdə saxlanılır.

​Kollecimiz distant təhsil müddətində də tədrisin keyfiyyət standartlarını qoruyub saxlamaqda qərarlıdır. Bütün akademik heyətə və tələbələrimizə bu məsuliyyətli dövrdə uğurlar arzulayırıq.