16.05.2026-cı il tarixində MTK-da (Heydər Əliyev adına Müasir Təhsil Kompleksində) “Day of AI” konfransı keçirilmişdir. Konfransda “Panel 1, panel 2 mərhələsində süni intellekt” mövzusunda çıxışlar olmuşdur. Konfransdan sonra müxtəlif mövzularda Vörkşoplar keçirilmişdir. Tədbirdə süni intellektin sadəcə texnoloji yenilik deyil, həyatımızın hər sahəsində effektivliyi artıran və qərarların qəbul edilməsi prosesini sürətləndirən əsas qüvvə olduğu vurğulanmışdır. Süni intellektin elmi və mədəni həyatımızda rolu çıxış edən panelistlər tərəfindən izah olunmuşdur. Rəqəmsal gələcəyin süni intellekt vasitəsilə daha asan və az vaxt itkisinə gətirib çıxaracağını vurğulamışlar. Həmin tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülxar Məhərrəmova və İngilis dili müəllimi Pərvanə Ağamirzəyeva iştirak etmişlər və müəllimlərimiz həm də konfransdan sonra təşkil olunan Vörkşoplarda praktiki işləri yerinə yetirmişlər. Tədbirin sonunda hər iki müəllim Sertifikatla təltif olunmuşdur.




