Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Beynəlxalq Muzeylər Gününə həsr olunmuş seminar

15.05.2026 -cı il tarixində STK-da Beynəlxalq Müzeylər Gününə həsr olunmuş maarifləndirici seminar keçirildi.  Seminarı giriş sözü ilə Rəhimə Yaqubəli açaraq, maddi- mənəvi  sərvətlərimizidən biri olan muzeylər haqqında  iştirakçılara ətraflı məlumat verdi. Daha sonra Bülbülün Memarial Muzeyinin əməkdaşı Mehriban Qasımova  çıxış edərək,  Beynəlxalq Muzeylər Gününün mahiyyəti, eyni zamanda Bülbülün Şuşadakı yenidən bərpa olunmuş ev muzeyi haqqında tələbələrə ətraflı məlumat verdi. Kollecin şöbə müdiri Pərvin Məmmədova və Azərbaycan dili müəllimi Aynur Rzaquliyeva əməkdaşlıq çərçivəsində həyata keçirilən bu kimi tədbirlərin gənclərin inkişafında  önəmlı olduğunu  bildirdilər.