Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Növbəti Pedaqoji Şura keçirildi

Kollecdə rəhbərlik və pedaqoji heyətin iştirakı ilə Pedaqoji Şuranın növbəti  iclası keçirildi. İçlasın gündəliyində duran əsas məsələlər: tədrisin keyfiyyətinin  yüksəldilməsi, qarşıda duran imtahan sessiyasına hazırlıq və kollecin gələcək inkişaf perspektivləri ilə bağlı olmuşdur. ​İlk növbədə Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Günel Dadaşova tərəfindən 2025-2026-cı tədris ilinin yaz imtahan sessiyasına hazırlıq prosesi heyətin nəzərinə çatdırıldı. İmtahanların şəffaf, obyektiv və mövcud təlimatlara uyğun təşkili, tələbələrin biliklərinin qiymətləndirilməsi üçün imtahan suallarının və materiallarının tam hazır vəziyyətə gətirilməsi barədə cari vəziyyət təhlil edildi, müvafiq tapşırıqlar verildi. Kollecin strateji inkişaf planına uygun olaraq, növbəti tədris illərində yeni açılması planlaşdırılan 8 ixtisasla  bağlı yaradılmış Işçi qruplarının hesabatları dinlənildi.  İşçi qrupları tərəfindən yeni ixtisasların tədris proqramları, metodiki təminatı və infrastruktur hazırlığı barədə ətraflı məlumat təqdim olundu. Kollecin  direktoru, professor  Nasim Abışov çıxış edərək yeni uxtisasların  açılmasının müasir əmək bazarının tələblərinə  uyğunlaşmaq baxımından böyük aktualliq kəsb etdiyini vurğuladı. O, bu addımın kollecin rəqabətqabiliyyətliliyini artıracağını və gənclər  üçün daha geniş  karyera imkanları yaradacağını   qeyd edərək,  işçi qruplarına  fəaliyyətlərinin daha da  gücləndirilməsi ilə bağlı  xüsusi tövsiyyələrini   çatdırdı. Həm də  rəhbərlik tərəfindən   bu ayın 18-22 tarixlərində  Bakı şəhərində keçirilən dövlət tədbiri  ilə əlaqıdar dərslərin  Distant şəkildə  keçirilməsi pedaqoji heyətin nəzərinə çatdırıldı. Həmçinin tələbələrin dərslərdə iştirakının (davamiyyətin) yüksək səviyyədə təmin olunması və bu prosesə ciddi nəzarət edilməsinin vacibliyi  bildirildi. İclas cari  məsələlərin müzakirəsi və müvafiq qərarların qəbul edilməsi ilə yekunlaşdı.