Kollecin Fizika müəllimi Nuranə Əhmədova tərəfindən A105 qrupunda praktik dərs keçirilmişdir. Dərs müddətində “İşığın dalğa təbiəti, dispersiyası, dalğaların interferensiyası və işığın interfe rensiyası” mövzuları üzrə müxtəlif təcrübələr aparılmışdır. Müşahidə zamanı işığın üçüzlü prizmadan keçərkən rənglərə ayrılması və interferensiya hadisəsinin müşahidəsi tələbələr tərəfindən böyük maraqla izlənilmişdir. Bu çür təcrübələrin əyani şəkildə həyata keçirilməsi tələbələrin mövzunu daha dərindən mənimsəməsinə, həmçinin fizika fənninə marağın artmasına xeyli təsir göstərmişdir. Praktiki dərs zamanı tələbələr nəzəri biliklərini praktik tətbiqlərlə möhkəmləndirmiş və işığın xüsusiyyətlərini daha yaxından öyrənmək imkanı əldə etmişlər. Belə dərslər tələbələrin analitik düşünbə bacarıqlarının inkişafrına və elmi dünyagörüşünün formalaşmasına mühüm töhfə verir.


