Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Tələbələr Milli Hidrometeorologiya Xidmətinə ekskursiya etmişlər

12.05.2026-cı il tarixində ECO START-UP klubunun üzvləri olan, “Ətraf mühitin mühafizəsi və bərpası” ixtisası üzrə təhsil alan tələbələr müəllim heyəti ilə birlikdə Milli Hidrometeorologiya Xidmətində ekskursiyada olmuşlar. Ekskursiyada kollecin biologiya müəllimləri Səidə Bayramova, Səidə Cavadova, biologiya laboratoriyasının müdiri Günel Şükürova və Aytən Nağıyeva iştirak etmişlər.

Ekskursiyanın əsas məqsədi tələbələrin hidrometeorologiya sahəsində aparılan elmi-tədqiqat işləri, müasir meteoroloji müşahidə sistemləri, iqlim dəyişikliklərinin monitorinqi və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən fəaliyyətlərlə yaxından tanış olmaları olmuşdur. Tələbələrə Milli Hidrometeorologiya Xidmətinin fəaliyyəti, hava proqnozlarının hazırlanması, atmosfer hadisələrinin müşahidəsi, ekoloji təhlükəsizlik və təbii proseslərin izlənilməsi barədə ətraflı məlumat verilmişdir.

Ekskursiya zamanı tələbələr müxtəlif laboratoriyalar və texniki avadanlıqlarla tanış olmuş, meteoroloji cihazların işləmə prinsipləri barədə məlumat əldə etmişlər. Həmçinin onlara iqlim dəyişikliklərinin ətraf mühitə təsiri, təbii resursların qorunmasının vacibliyi və ekoloji problemlərin həlli istiqamətində görülən işlər barədə geniş izahat verilmişdir.

Tələbələr bu ekskursiyanı olduqca maraqlı və faydalı qiymətləndirmiş, əldə etdikləri nəzəri bilikləri praktik şəkildə müşahidə etmək imkanı qazanmışlar. Belə maarifləndirici tədbirlər tələbələrin gələcək peşə fəaliyyətində bilik və bacarıqlarının inkişafına, eləcə də ətraf mühitin qorunmasına dair məsuliyyət hissinin formalaşmasına mühüm töhfə verir.