08.05.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecinin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Nəbiyevanın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Açıq dərs”i olmuşdur. Dərs Azərbaycan Respublikasınln Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. “Açıq dərs”də tələbələr fəal iştiral etmiş, Ümummilli liderin zəngin həyat yolu, siyasi fəaliyyəti və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlər haqqında təqdimatlar etmişlər. Dərs haqqında direktor müavini Könül Abdurrəhimova, şöbə müdiri Təranə Məmmədova, fənn birləşmə sədri Gülnar Rzayeva və metodistlərdən Günay Umudova öz fikirlərini bildirmişlər.








