İstehsalat təcrübə rəhbəri Aidə İsmayılova İstehlak mallarının ekspertizası ixtisası üzrə təhsil alan İ 204 qrup tələbələri ilə ADNSU- nun kitabxanasında olublar.Burada məhsulların keyfiyyəti,ekspertiza üsulları,standartlaşdırma və sertifikatlaşdırma haqqında çoxlu kitab və elmi məqalələrdən istifadə ediblər. Bu biliklər tələbələrin istehsalat zamanı qarşılaşdıqları məsələləri daha yaxşı başa düşməsinə kömək edir.
Kitabxananın sakit mühiti tələbələrə hesabat hazırlamaq,araşdırma aparmaq və yeni məlumatlar öyrənmək üçün əlverişli şərait yaradır.İstehsalat təcrübəsində kitabxanaya getmək tələbələrin həm nəzəri,həm də praktik biliklərinin inkişafında mühüm rol oynayır.


12.05.2026



