office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Sənaye və Texnologiya Kollecində növbəti işçi iclası keçirilib

Sənaye və Texnologiya Kollecində tədrisin təşkili, qarşıdan gələn imtahan sessiyasına hazırlıq və cari məsələlərin müzakirəsinə həsr olunmuş geniştərkibli iclas keçirilmişdir. Qeydiyyat, Qiymətləndirmə və Monitorinq bölməsinin rəhbəri Günel Dadaşovanın rəhbərliyi ilə baş tutan görüşdə şöbə müdirləri, fənbirləşmə sədrləri və tyutorlar iştirak ediblər.

​İclasın gündəliyində duran əsas məsələlər:

​Distant təhsilin təşkili: 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) dövründə tədrisin distant formatda təşkili qaydaları ətraflı müzakirə olunub. Fənbirləşmə sədrlərinə müəllim heyətinin onlayn dərslərin metodikası və platformadan istifadə qaydaları barədə təlimatlandırılması tapşırılıb.

​Davamiyyətə nəzarət: Distant təhsil müddətində tələbələrin dərslərdə iştirakının (davamiyyətin) yüksək səviyyədə təmin olunması və bu prosesə tyutorlar tərəfindən ciddi nəzarət edilməsinin vacibliyi vurğulanıb.

​İmtahan sessiyasına hazırlıq: 2025-2026-cı tədris ilinin yaz imtahan sessiyasına hazırlıq mərhələsinin gedişatı təhlil edilib. İmtahan cədvəlləri rəsmi olaraq təsdiq olunub.

​Məlumatlandırma işləri: Şöbə müdirlərinə tələbə və akademik qrupların imtahan tarixləri, saatları və qaydaları barədə operativ şəkildə məlumatlandırılması istiqamətində konkret göstərişlər verilib.

​İclasın sonunda Günel Dadaşova hər bir struktur bölmə rəhbərinə sessiyanın şəffaf və mütəşəkkil keçirilməsi üçün məsuliyyətin artırılmasını tövsiyə edib, iştirakçıların suallarını cavablandırıb.


12.05.2026