office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Dərsdə yaradıcılıq qabiliyyətlərini nümayiş etdirdilər

Kollecin müəllimi Ramilə Əfəndiyevan rəhbərliyi ilə “Azərbaycan dilində İşgüzar və Akademik Kommunikasiya fənni çərçivəsində tələbələr — Mehriban Əliyeva, Leyli Əliyeva, Gülzar Quluzadə və  Səbuhi Hüseynov “Bədii üslub” mövzusunda öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirdilər. Onlar tərəfindən yazılan hekayələr yalnız dil baxımından deyil, həm də məzmun və emosional təsir gücü ilə seçildi.Tədbirdə qonaq qismində iştirak edən müəllimlər tələbələrin çıxışlarını böyük maraqla dinlədilər və onların istedadını yüksək qiymətləndirdilər. Hər bir hekayə fərqli baxış bucağını əks etdirir, oxucunu düşündürən və duyğulandıran məqamlarla yadda qalırdı. Bu yaradıcılıq nümunələri dinləyicilərin qəlbində dərin iz buraxdı və tələbələrin gələcəkdə daha böyük uğurlara imza atacaqlarına inam yaratdı. Belə dərslər tələbələrin yalnız nəzəri biliklərini deyil, həm də daxili potensiallarını üzə çıxarmağa, özlərini ifadə etmə bacarıqlarını inkişaf etdirməyə böyük töhfə verir. Bu baxımdan keçirilən dərs həm müəllimlər, həm də tələbələr üçün unudulmaz bir təcrübə oldu.

 


12.05.2026