Колледж
Абитуриентам
Учеба
Педагогам
Деятельность
Галерея
База выпускников Э-библиотека Личный кабинет студента

Новости

Maarifləndirici görüş keçirilmişdir

Şöbə müdirləri tərəfindən qrup nümayəndələri ilə “Microsoft Teams” platforması üzrə onlayn dərslərin təşkili, tələbələrin dərslərdə davamiyyəti və illik təhsil ödənişləri ilə bağlı maarifləndirici görüş keçirilmişdir. Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılmış, tədris prosesinin düzgün təşkili və ödənişlərin vaxtında həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.