Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Süni İntellekt və Maliyyə: Sabaha Baxış” mövzusunda Kolleclərarası Elmi-Praktik Tələbə Konfransı keçirilib. Kollecimizin tədris hissə müdiri Lalə Nəsibova və tələbəmiz kollecimizi təmsil etmişlər.
Konfransda müasir dövrün ən aktual istiqamətlərindən olan rəqəmsallaşma və süni intellektin maliyyə sektoruna təsiri geniş müzakirə edilib. Tədbirdə çıxış edən tələbəmiz Zəhra Hüseynova (İqtisadiyyat və idarəetmə fakültəsi, Mühasibat uçotu ixtisası, M103 qrupu) "Mühasibat uçotu və süni intellekt" mövzusunda maraqlı təqdimatla çıxış edib.
Təqdimatda aşağıdakı əsas məqamlar vurğulanıb:
- Heydər Əliyev və Texnoloji İnkişaf: Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının nəticəsi olaraq bu gün ölkədə rəqəmsallaşma və innovasiya sahələri sürətlə inkişaf edir.
- Müasir Mühasibatlıq: Mühasibat uçotunun müəssisələrin maliyyə vəziyyətini əks etdirən əsas sistem olması və gəlir-xərclərin qeydiyyatında rolu.
- İnteqrasiya: Süni intellektin mühasibat proqramlarına inteqrasiyasının işlərin avtomatlaşdırılmasına və insan səhvlərinin minimuma endirilməsinə yaratdığı imkanlar.
Konfrans tələbələrin elmi-praktik biliklərinin artırılması və müasir texnologiyaların təhsil prosesinə tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.









