office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən “Müəllimlər üçün süni intellekt” mövzusunda təlim keçirilmişdir

07 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən “Müəllimlər üçün süni intellekt” mövzusunda təlim keçirilmişdir.Təlimdə Sənaye və Texnologiya Kollecinin Dillər kafedrasının Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Pərvanə də iştirak etmişdir.Təlimin əsas məqsədi müəllimlərin süni intellekt texnologiyalarından səmərəli istifadəsini artırmaq, tədris prosesində rəqəmsal yanaşmaları gücləndirmək və müasir innovativ metodların tətbiq imkanlarını genişləndirmək olmuşdur.

  • Təlim müddətində aşağıdakı istiqamətlər üzrə ətraflı məlumat verilmişdir:
  •  süni intellektin təhsil sahəsində tətbiq imkanları
  •  rəqəmsal tədris platformalarından istifadə
  •  müasir və innovativ tədris metodları

Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Keçirilən bu cür təlimlər müəllimlərin peşəkar inkişafına, tədrisin keyfiyyətinin yüksəldilməsinə və təhsil sistemində innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verir.


08.05.2026